Xəzər Xəbər

Hoteldə 20 yaşlı qadının meyiti aşkarlanıb

Polis və prokurorluq əməkdaşları hadisə yerinə cəlb edilib
Region | 09:14 • 13 Mart 2023
Hoteldə 20 yaşlı qadının meyiti aşkarlanıb

Tovuzda hoteldən qadın meyiti tapılıb.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, Tovuz Rayon Polis Şöbəsinə rayon ərazində olan hotellərin birində qadının ölməsi barədə məlumat daxil olub.

“Dərhal polis və prokurorluq əməkdaşları hadisə yerinə gəlib. İkin araşdırmalara nəticəsində ölən şəxs 2003-cü il təvəllüdlü X.Tağıyevanın üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Faktla bağlı araşdırmalar davam etdirilir”, - o deyib.

Xəbər lenti