Xəzər Xəbər

Dəhşətli qəzada ölənlərin sayı 5-ə çatıb, bir nəfər yaralıdır YENİLƏNİB/FOTO

Hadisə araşdırılır
Region | 2,064 | 20:17 • 2 Fevral 2023
Dəhşətli qəzada ölənlərin sayı 5-ə çatıb, bir nəfər yaralıdır

Bərdə-Ağdam yolunun Bərdə rayonunun Kətəlparaq kəndi ərazisindən keçən hissəsində baş verən qəza zamanı ölənlərin sayı 5-ə çatıb.

Xezerxeber.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rövşən Tağıyevin verdiyi məlumata görə, xəstəxanaya yerləşdirilən 1 nəfərin də vəziyyəti ağırdır.

19:51

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölənlər var.

Xezerxeber.az xəbər verir ki, hadisə Bərdə-Ağdam yolunun Bərdə rayonunun Kətəlparaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Mercedes” və “Niva” markalı minik avtomobillərinin toqquşması nəticəsində ilkin məlumata əsasən 4 nəfərin öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti