Xəzər Xəbər

Ermənilər BQXK-nın avtomobilləri ilə aksiya keçirilən ərazidən Ermənistana yola salınıb

Region | 09:21 • 2 Fevral 2023
Ermənilər BQXK-nın avtomobilləri ilə aksiya keçirilən ərazidən Ermənistana yola salınıb

Ekoaksiyanın iştirakçıları fevralın 2-də Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus və erməni əsilli şəxsləri daşıyan avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.

Xezerxeber.az xəbər verir ki, bu dəqiqələrdə Xankəndidə Laçın istiqamətinə doğru hərəkət edən BQXK-ya məxsus altı minik və bir təminat avtomobilinin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.

Bu da Laçın-Xankəndi yolunda humanitar məqsədli avtomobillərin keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.

Xəbər lenti