Xəzər Xəbər

Mebel salonunda yanğın qəsdən törədilib

Region | 10:00 • 1 Fevral 2023
Mebel salonunda yanğın qəsdən törədilib

Fövqəladə Hallar Nazirliyi Göygöl rayonu ərazisində yerləşən mebel sexində baş verən yanğın barədə məlumat yayıb.

Xezerxeber.az-ın xəbərinə görə, FHN-in məlumatında bildirilib ki, bu gecə Göygöl rayonu ərazisində yerləşən "Arzu" mebel mağazasında baş vermiş yanğın Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Yanğın nəticəsində vətəndaşa məxsus mağaza 2000m² sahədə yanıb, bitişik digər ticarət obyektləri yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılmış operativ araşdırma nəticəsində, ilkin ehtimala görə, yanğının qəsdən törədildiyi müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Xəbər lenti