Xəzər Xəbər

Gəncədə 3 nəfər bıçaqlanıb

Bir nəfər şübhəli şəxs qismində saxlanılıb
Region | 09:45 • 31 Yanvar 2023
Gəncədə 3 nəfər bıçaqlanıb

Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə 1993-cü il təvəllüdlü Elnurə Əlimardanova,1980-ci il təvəllüdlü Elşən Əlimərdanov və 1992-ci il təvəllüdlü Elnur Əlimərdanovun bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Xezerxeber.az xəbər verir ki, DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti Sumqayıt şəhər sakini 1989-cu il təvəllüdlü Babək Nəsirovun törətməsi məlum olub. Beləliklə, Babək Nəsirovun istintaqa təhvil verilməsi istiqamətində polis əməkdaşlarının keçirdikləri tədbir nəticəsində şübhəli şəxs Sumqayıt şəhərində saxlanılaraq istintaqa təhvil verilib.

 

Xəbər lenti