Xəzər Xəbər

BQXK-nın dörd avtomobili Laçına maneəsiz keçib

Region | 08:59 • 31 Yanvar 2023
BQXK-nın dörd avtomobili Laçına maneəsiz keçib

Ekoaksiyanın iştirakçıları yanvarın 31-da Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.

Xezerxeber.az xəbər verir ki, bu dəqiqələrdə Xankəndidə Laçın istiqamətinə doğru hərəkət edən BQXK-yə məxsus üç minik və bir yük avtomobilinin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.

Bu da Laçın-Xankəndi yolunda humanitar məqsədli avtomobillərin keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.

 

Xəbər lenti