Xəzər Xəbər

Sülhməramlıların 6 avtomobili Xankəndidən Laçına keçib

Region | 11:26 • 30 Yanvar 2023
Sülhməramlıların 6 avtomobili Xankəndidən Laçına keçib

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidə maneəsiz hərəkət edirlər.

Xezerxeber.az xəbər verir ki, Xankəndidən Laçın istiqamətinə doğru hərəkət edən Rusiya sülhməramlılarına məxsus beş təminat-təchizat və bir minik avtomobilinin aksiya ərazisindən maneəsiz keçidinə şərait yaradılıb.

Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. 

Xəbər lenti