Xəzər Xəbər

BQXK-yə məxsus avtomobillər Laçın istiqamətinə keçib

Region | 09:11 • 30 Yanvar 2023
BQXK-yə məxsus avtomobillər Laçın istiqamətinə keçib

Ekoaksiya iştirakçıları yanvarın 30-da Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin Xankəndidən Laçın istiqamətinə maneəsiz keçidinə şərait yaradıblar.

Xezerxeber.az xəbər verir ki, bu dəqiqələrdə Xankəndidə Laçın istiqamətinə doğru hərəkət edən BQXK-yə məxsus 6 minik avtomobilinin aksiya keçirilən ərazidən sərbəst hərəkəti təmin olunub.

Bu, Laçın-Xankəndi yolunda humanitar məqsədli avtomobillərin keçidi üçün heç bir məhdudiyyətin olmadığını göstərir.

Xəbər lenti