Xəzər Xəbər

Beyləqanda bir ailənin 4 üzvünün qətlə yetirilməsi ilə bağlı bəzi detallar məlum olub

Qətli törətməkdə şübhəli bilinən şəxsin ittiham edildiyi maddə də məlum olub
Region | 10:32 • 3 Dekabr 2022
Beyləqanda bir ailənin 4 üzvünün qətlə yetirilməsi ilə bağlı bəzi detallar məlum olub

Beyləqan rayonunda bir ailənin 4 üzvünün qətlə yetirilməsi hadisəsinin bəzi yeni təfərrüatı və hadisəni törətməkdə şübhəli bilinən Fuad Cəlilzadənin ittiham edildiyi maddə məlum olub.

Xezerxeber.az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, F.Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumata görə, ailələr arasında 2010-cu ildən ədavət olub.

Belə ki, F.Cəlilzadənin atası münaqişə zəminində qonşusu Nadir Quliyevi öldürməyə cəhd edib və o, məhkəmənin hökmü ilə 11 il azadlıqdan məhrum olunub. Ailələr arasında münasibətlər daha da pisləşib.

Dekabrın 2-də F.Cəlilzadə mübahisə zəminində qonşuları - 1971-ci il təvəllüdlü Tərgül Quliyevanı, onun həyat yoldaşı, 1966-cı il təvəllüdlü Nadir Quliyevi və oğlanları - 1996-cı il təvəllüdlü Amin Quluzadə və 2002-ci il təvəllüdlü Xəyal Quluzadəni güllələyərək qətlə yetirib.

F.Cəlilzadə odlu silahdan atəş açaraq həmin şəxslərin hər birinə 2 güllə vurub.

Qonşular arasında mübahisəyə səbəb isə torpaq üstündə olub.

Hazırda istintaq davam edir.

Xəbər lenti