Şamaxı şəhərində yerləşən tam orta məktəbdə şagirdin müəllim tərəfindən döyülməsi iddiası ilə bağlı rayon polis şöbəsində araşdırmalara başlanılıb.
Xezerxeber.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru polis kapitanı Mahir Məsimov bildirib.
Qeyd olunub ki, xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə məhkəmə-tibbi ekspertiza təyin olunub.
Ekspertizanın rəyindən və aparılan araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.