Xəzər Xəbər

Şuşada yanacaq yüklü maşın aşıb, sürücü ölüb

Region | 10:39 • 2 Dekabr 2022
Şuşada yanacaq yüklü maşın aşıb, sürücü ölüb

Dekabrın 1-də saat 10 radələrində Şuşa rayonunun Daşaltı kəndi ərazisində Biləsuvar rayon sakini Nadir Kazımovun idarə etdiyi yükü yanacaq olan “Mercedes” markalı avtomobil aşıb.

Bu barədə xezerxeber.az-a DİN-dən məlumat verilib.

Məlumata görə, nəticədə sürücü hadisə yerində ölüb. Dağılan yanacaq yoldan təmizlənib.
Şuşa Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti