Xəzər Xəbər

Şəmkir sakini qardaşını bıçaqlayıb

Region | 09:01 • 30 Noyabr 2022
Şəmkir sakini qardaşını bıçaqlayıb

Şəmkir rayon Polis Şöbəsinə rayonun Kür qəsəbə sakini Anar Babayevin daxilə keçməyən bıçaq xəsarəti alması barədə məlumat daxil olub.

Xezerxeber.az-ın məlumatına görə, DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov bildirib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən qardaşı, 1982-ci il təvəllüdlü Yaşar Babayev saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti