Xəzər Xəbər

Maşın qaz borusuna çırpılıb, sürücü ölüb

Region | 10:15 • 28 Noyabr 2022
Maşın qaz borusuna çırpılıb, sürücü ölüb

Noyabrın 26-da saat 21 radələrində Salyan rayonunun Qarabağlı kəndi ərazisində Sabirabad rayon sakini Kənan Cəbiyev idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarındakı qaz borusuna vurub.

Daxili İşlər Nazirliyindən bildirilib ki, sürücü hadisə yerində ölüb. 

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti