Xəzər Xəbər

Evlər sənədləşdirilir FOTO

Qeydiyyat aparılır
Region | 13:08 • 26 Noyabr 2022
Evlər sənədləşdirilir

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Şamaxı rayonunda təbii fəlakət nəticəsində dağılmış və yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilən yaşayış evlərinin sənədləşdirilməsi məqsədilə səyyar qeydiyyat xidmətləri göstərib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, səyyar qeydiyyat xidməti çoxmənzilli yaşayış binasında olan mənzilləri və fərdi yaşayış evlərini əhatə edib. Xidmət çərçivəsində Şamaxı rayonunda dövlət başçısının “Baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi” haqqında 7 aprel 2022-ci il tarixli fərmanının əhatə etdiyi 174 ev siyahıya alınıb.

Dövlət Xidməti fərmanın icrası çərçivəsində yerli icra hakimiyyəti orqanlarının təqdim etdiyi siyahıya uyğun olaraq səyyar qeydiyyat xidmətlərinin göstərilməsini davam etdirəcək.

Xəbər lenti

Rusiyanın əhalisi azalıb
17:14 • 1 Fevral 2023