Xəzər Xəbər

Bir ay da 4064,06 hektar ərazi minalardan təmizlənib

Region | 14:46 • 3 Oktyabr 2022
Bir ay da 4064,06 hektar ərazi minalardan təmizlənib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə aylıq məlumatı açıqlayıb.

ANAMA-dan xezerxeber.az-a bildiriblər ki, sentyabrın 1-dən 30-dək Tərtər, Kəlbəcər, Ağdam, Xocalı, Xocavənd, Laçın, Şuşa, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 1695, tank əleyhinə 747 mina və 1363 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Ay ərzində 4064,06 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.

Xəbər lenti