Xəzər Xəbər

Quba “Soyqırımı memorial kompleksi” yaxınlığında tikintinin qarşısı alınıb

Region | 17:19 • 1 Oktyabr 2022
Quba “Soyqırımı memorial kompleksi” yaxınlığında tikintinin qarşısı alınıb

Quba şəhərində “Soyqırımı memorial kompleksi” yaxınlığındakı ərazidə ayrı-ayrı şəxslər tərəfindən aparılan qanunsuz tikinti və qazıntı işlərinin qarşısı alınıb.

Məsələyə Mədəniyyət Nazirliyi, Quba Rayon İcra Hakimiyyəti, Quba rayon Polis Şöbəsi və rayonun digər aidiyyəti qurumları tərəfindən dərhal operativ reaksiya verilərək qanunsuz tikinti işlərinin qarşısı alınıb, ərazi öz əvvəlki vəziyyətinə qaytarılıb.

Quba Rayon İcra Hakimiyyətindən bildirilib ki, Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaxınlığındakı ərazi 1988-ci ildə “Spartak Peşəkar Futbol Klubu” MMC tərəfindən icarəyə götürülüb. Sonradan istifadə olunmayan həmin ərazi ayrı-ayrı şəxslər tərəfindən zəbt olunub, qanunsuz tikinti və qazıntı işlərinə başlanılıb. Hazırda ərazidəki vəziyyət Quba Rayon İcra Hakimiyyəti tərəfindən nəzarətdə saxlanılır.

Məsələ ilə əlaqədar müvafiq sənədlər toplanaraq Rayon İcra Hakimiyyəti tərəfindən məhkəməyə müraciət edilib. (AZƏRTAC)

Xəbər lenti