Xəzər Xəbər

Sabirabadda avtomobil aşıb, yaralılar var YENİLƏNİB

Region | 12:00 • 30 Sentyabr 2022
Sabirabadda avtomobil aşıb, yaralılar var

Yol polisi Hacıqabul-Horadiz avtomobil yolunda baş verən qəza barədə məlumat yayıb.

Baş Dövlət Yol Polisi İdarəsindən xezerxeber.az-a bildirilib ki, yolun 33-cü kilometrliyində “Hyundai Santafe” markalı avtomobilin aşması nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan 4-nə ilkin tibbi yardım göstərilib, 1 nəfərin isə xəstəxanada müalicəsi davam etdirilir.

11:22

Sabirabad rayonunda avtomobil aşıb.

Hadisə Hacıqabul-Bəhərmtəpə magistralının Sabirabad rayonunun Qaratəpə kəndi ərazisindən keçən hissəsində baş verib. Avtomobilin aşması nəticəsində sürücü və 7 sərnişin müxtəlif dərəcəli xəsarətlər alaraq Şirvan xəstəxanasına yerləşdirliblər.

Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır. (APA)

Xəbər lenti