Xəzər Xəbər

Balakəndə ətraf mühiti çirkləndirənlər cərimələniblər FOTO

Region | 18:07 • 29 Sentyabr 2022
Balakəndə ətraf mühiti çirkləndirənlər cərimələniblər

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində ətraf mühitin çirkləndirilməsinin qarşısının alınması məqsədilə nəzarət-profilaktik tədbirlər keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a bildiriblər ki, keçirilən yoxlamalar zamanı məişət tullantılarını urnalardan kənara atan, ərazidə antisanitar vəziyyət yaradan şəxslər müəyyən olunub. Onlarla izahedici söhbətlər aparılıb və ümumilikdə 42 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 266.3-cü (Məişət tullantılarının tutumlardan kənar yerlərə atılmasına görə) maddəsi ilə protokol tərtib edilib.

Xəbər lenti