Xəzər Xəbər

Kəlbəcərdə basdırılan minalar zərərsizləşdirilir FOTO

Region | 15:15 • 28 Sentyabr 2022
Kəlbəcərdə basdırılan minalar zərərsizləşdirilir

Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən təmizlənməsi prosesi davam edir.

Xezerxeber.az-ın Müdafiə Nazirliyinə istinadən məlumatına görə, Kəlbəcər rayonunun Alagöllər ərazisində aşkar edilən növbəti 259 ədəd piyada əleyhinə PMN-Э tipli mina təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Sentyabrın 28-dək Kəlbəcər rayonunun Alagöllər ərazisi ümumilikdə 543 ədəd piyada əleyhinə PMN-Э və 8 ədəd tank əleyhinə TM-62M minasından təmizlənib.

Xəbər lenti

Çox oxunanlar