Xəzər Xəbər

Bakı-Qazax yolunda iki avtobus toqquşub, 15 sərnişin xəsarət alıb YENİLƏNİB

Region | 11:11 • 26 Sentyabr 2022
Bakı-Qazax yolunda iki avtobus toqquşub, 15 sərnişin xəsarət alıb

TƏBİB Bakı-Qazax avtomobil yolunda baş verən qəzada xəsarət alanlar barədə məlumat yayıb.

TƏBİB-dən  xezerxeber.az-a verilən məlumata görə, Bakı-Qazax avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.

Hadisə nəticəsində xəsarət alan 15 nəfər Ağstafa Rayon Mərkəzi Xəstəxanasına təxliyə edilib.

Hazırda onlara zəruri tibbi yardım göstərilir. Xəsarət alanlardan 12 nəfərin vəziyyəti orta ağır, 3 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir. Əlavə məlumat veriləcək.

Xəbər lenti