Xəzər Xəbər

Qusarda iki avtomobil toqquşub, ölən var

Region | 10:06 • 26 Sentyabr 2022
Qusarda iki avtomobil toqquşub, ölən var

Sentyabrın 25-də saat 21 radələrində Qusar rayonunun Lanqo qəsəbəsi ərazisində rayon sakinləri N.Kərimovun idarə etdiyi “VAZ-21099” və A.Məmmədovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub.

Daxili İşlər Nazirliyindən xezerxeber.az-a verilən xəbərə görə, nəticədə xəstəxanaya yerləşdirilən A.Məmmədovun sərnişini, Quba rayon sakini Nəriman Əlixanov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti