Xəzər Xəbər

Göygöldə evdə partlayış olub

Region | 07:55 • 26 Sentyabr 2022
Göygöldə evdə partlayış olub

Göygöldə partlayışla nəticələnən yanğın olub.

Hadisə rayonun Toğanalı kəndində qeydə alınıb.

Hadisə nəticəsində 1948-ci il təvəllüdlü Taryel Hüseynov bədənin çox hissəsinin yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstəyə tibbi yardım göstərilib,vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. (APA)

Xəbər lenti