Xəzər Xəbər

Xızıda dağlıq-meşəlik ərazidə yanğın söndürülüb

Region | 23:15 • 23 Sentyabr 2022
Xızıda dağlıq-meşəlik ərazidə yanğın söndürülüb

Xızı rayonu, Yuxarı Əngilan kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə baş vermiş yanğın havanın küləkli olmasına və relyefin mürəkkəbliyinə baxmayaraq Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

FHN-dən xezerxeber.az-a verilən məlumata görə, yanğının söndürülməsi əməliyyatlarında Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak edib.

Xəbər lenti