Xəzər Xəbər

Şabranda yanğın zamanı bir neçə tikili zərər görüb

Region | 19:21 • 15 Avqust 2022
Şabranda yanğın zamanı bir neçə tikili zərər görüb

Şabrandakı yanğına görə bir neçə fərdi tikili zərər görüb.

Bu barədə xezerxeber.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, Şabran rayonu, Xəlfələr kəndi yaxınlığında baş vermiş yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

İlkin ehtimala görə, biçilmiş taxıl sahəsində başlayan yanğın nəticəsində Xəlfələr kəndində bir neçə fərdi tikili zərər görüb. Relyefin mürəkkəbliyi və havanın küləkli olması səbəbindən yanğınsöndürmə işlərini sürətləndirmək və yanğının daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədi ilə əraziyə əlavə qüvvələr cəlb olunub.

Yanğının söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Şimal Regional Mərkəzinin qüvvələri, o cümlədən Nazirliyin Aviasiya dəstəsinin helikopteri iştirak edir.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Xəbər lenti