Xəzər Xəbər

İsmayıllıda DƏHŞƏT: Qadın ov bıçağı ilə öldürülüb

Araşdırma aparılır
Region | 11:08 • 11 Avqust 2022
İsmayıllıda DƏHŞƏT: Qadın ov bıçağı ilə öldürülüb

11 fevral 2022-ci il tarixdə İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbinin həyətində 1982-ci il təvəllüdlü Gülarə Qəhrəmanovanın qəsdən öldürülməsi faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Prokurorluqdan xezerxeber.az-a verilən məlumata görə, istintaqla zərərçəkmişin tanışı Bəxtiyar Əhmədli şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov bıçağı ilə çoxsaylı xəsarətlər yetirərək Gülarə Qəhrəmanovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Bəxtiyar Əhmədliyə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham elan olunub.

Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Xəbər lenti