Xəzər Xəbər

Azərbaycanda DOĞUŞ FACİƏSİ: körpə öldü

Faktla bağlı araşdırma aparılır
Region | 11:20 • 9 Avqust 2022
Azərbaycanda DOĞUŞ FACİƏSİ: körpə öldü

Şirvan Doğum evində doğuş zamanı körpə ölümü baş verib

Ötən gecə Şirvan Doğum evində Sabirabad rayonunun Məmişlər kənd sakini, 2001-ci il təvəllüdlü Bünnətova Elnurə Fariz qızı oğlan uşağı dünyaya gətirib. 

Ailə üzvlərinin bildirdiyinə görə körpə doğuş zamanı ölüb. Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (apa) 

Xəbər lenti