Xəzər Xəbər

Yol polisi avtoqəzada həlak olub FOTO

Region | 09:50 • 3 İyul 2022
Yol polisi avtoqəzada həlak olub

Dünən axşam saatlarında Ağdaş rayonunun Yuxarı Ləki kəndi ərazisində Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, polis baş serjantı Samir Zamanpurun idarə etdiyi “VAZ-21011” markalı avtomobil ilə Ucar rayon sakini Dursun Məmmədovun idarə etdiyi “VAZ-21011” toqquşub.

Xezerxeber.az-ın məlumatına görə, DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan yerli medianın sorğusuna cavab olaraq bildirilib ki, nəticədə S.Zamanpur aldığı xəsarətlərdən hadisə yerində ölüb 

Digər nəqliyyat vasitəsinin sürücüsü və bir nəfər sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti