Xəzər Xəbər

Cəlilabadda ağır yol qəzası baş verib FOTO

Region | 15:17 • 29 İyun 2022
Cəlilabadda ağır yol qəzası baş verib

Cəlilabadda ağır yol qəzası baş verib.

Hadisə köhnə Ələt-Astara avtomobil yolunun Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, qəza zamanı “Hyundai santafe” markalı minik avtomobili ilə “VAZ 2107“ markalı minik avtomobili toqquşub.

Nəticədə avtomobillərin sürücüləri müxtəlif dərəcəli xəsarətlər alıblar. Bir nəfər sərnişin isə hadisə yerində ölüb.

Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (Report)

Xəbər lenti