Xəzər Xəbər

Goranboyda silah-sursat aşkarlanıb

Region | 10:17 • 24 İyun 2022
Goranboyda silah-sursat aşkarlanıb

Goranboyda silah-sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Xocalı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Goranboy rayonunun Yenikənd kəndi yaxınlığında sel sularının axdığı dərədən 1 ədəd “AKM” markalı 7.62 mm-lik avtomat, 1 ədəd içərisində 30 ədəd 7.62 mm-lik patron olan avtomat darağı və 3 ədəd 7.62 mm-lik avtomat patronu aşkar edilərək götürülüb.

Xəbər lenti