Xəzər Xəbər

Qusar sakini süni göldə boğulub

Region | 09:31 • 24 İyun 2022
Qusar sakini süni göldə boğulub

Qusarda 20 yaşlı oğlan göldə batıb.

Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qusar rayonunun Köhnə Xudat kəndi ərazisində, süni göldə 2002-ci il təvəllüdlü Səlimov Amid Mübariz oğlunun batması barədə məlumat daxil olub. Hadisə yerinə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən A.Səlimovun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Xəbər lenti