Xəzər Xəbər

Mikroavtobus iki minik avtomobilinə çırpılıb, çox sayda yaralı var

Qəza zamanı sürücülər və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar
Region | 09:14 • 24 İyun 2022
Mikroavtobus iki minik avtomobilinə çırpılıb, çox sayda yaralı var

Masallıda baş verən qəzada xəsarət alanların sayı 23-ə çatıb.

Xezerxeber.az AZƏRTAC-a istinadən xəbər verir ki, onlardan 6-sı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına, 17-si isə Masallı Rayon Mərkəzi Xəstəxanasına gətirilib. 

Qeyd edək ki, Masallıda işçiləri daşıyan mikroavtobus minik maşınları ilə toqquşub.

Hadisə rayonun Əhmədli kəndi ərazisində qeydə alınıb.

Tarlada işdən qayıdan fəhlələrin olduğu mikroavtobus iki minik avtomobilinə çırpılıb. Qəza zamanı minik avtomobilinin sürücüləri və mikroavtobusda olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılardan 5-i Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına, 14-ü isə bədənlərinin müxtəlif sınıq diaqnozları ilə Masallı rayon xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti