Xəzər Xəbər

Pambıq sahəsində kütləvi zəhərlənmə olub - Beyləqanda

Prokurorluqda araşdırma aparılır
Region | 09:23 • 23 İyun 2022
Pambıq sahəsində kütləvi zəhərlənmə olub - Beyləqanda

Beyləqanda pambıqdan kütləvi zəhərlənmə olub.

APA-nın əldə etdiyi məlumata görə, pambıq yığımı ilə məşğul olan 15 rayon sakini zəhərlənmə diaqnozu ilə Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onlardan ikisi huşsuz vəziyyətdə xəstəxanaya daxil olub. İlkin müayinələr aparılıb. Vəziyyətləri kafidir.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirib ki, qeyd olunan faktla bağlı hazırda Beyləqan rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti