Xəzər Xəbər

Naxçıvanda 9-cu sinifdə oxuyan qız intihar edib

Region | 12:58 • 26 May 2022
Naxçıvanda 9-cu sinifdə oxuyan qız intihar edib

Naxçıvanda intihar hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Şərur rayonu, Ələkli kəndində qeydə alınıb. Kənd sakini Röya Əsədova yaşadığı evdə özünü asaraq həyatına son qoyub.

Qeyd edək ki, Röya kənd məktəbinin 9-cu sinfində təhsil alırmış. 

İntiharın hansı səbəbdən baş verməsi bilinmir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti