Xəzər Xəbər

Bərdədə ər arvadını güllələyərək öldürüb

Region | 09:26 • 26 May 2022
Bərdədə ər arvadını güllələyərək öldürüb

Mayın 25-i saat 09 radələrində Bərdə rayonu, Hacallı kənd sakini 1995-ci il təvəllüdlü Xasa Orucovanın yaşadığı evdə öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bərdə Rayon Prokurorluğundan xezerxeber.az-a verilən xəbərə görə, aparılan ilkin araşdırmalarla zərərçəkmişin əri 1996-cı il təvəllüdlü Təbriz Orucovun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Xasa Orucovaya ov tüfəngindən atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Təbriz Orucov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Xəbər lenti