Xəzər Xəbər

Samux polisindən əməliyyat: saxlanılanlar var

Region | 17:40 • 18 May 2022
Samux polisindən əməliyyat: saxlanılanlar var

Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində silsilə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə XəzərXəbər-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Aparılan araşdırmalarla müəyyən edilib ki, rayon sakinləri Raqif Balakişiyev və Elgiz Quliyev qabaqcadan əlbir olaraq rayon ərazisindəki 2 fərdi yaşayış evindən müxtəlif məişət avadanlıqlarını oğurlayıb. Şübhəli şəxslər saxlanılaraq maddi sübutların bir qismi ilə birlikdə istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti

Çox oxunanlar