Xəzər Xəbər

Maşını zəhərli qaz buraxan sürücülər cərimələnib FOTO

Region | 14:40 • 18 May 2022
Maşını zəhərli qaz buraxan sürücülər cərimələnib

Tərtər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində atmosferi nəqliyyat vasitələrindən atılan zəhərli qazlarla çirkləndirən və təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülərə qarşı reyd keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, yoxlamalar zamanı atmosferə normadan artıq zəhərli qaz ixrac edən və təhlükəsizlik kəmərindən istifadə etməyən avtomobillərin sürücüləri saxlanılıb. Saxlanılan şəxslərlə profilaktiki səpkidə söhbətlər aparılıb, onlara qaydalara riayət etməyin vacib olduğu izah edilib.

Qanun pozuntusuna yol verən 20 sürücü barəsində isə inzibati qaydada protokollar tərtib olunub.

Xəbər lenti