Xəzər Xəbər

Xaçmazda xalasının evindən oğurluq edən şəxs saxlanılıb FOTO

Region | 11:25 • 18 May 2022
Xaçmazda xalasının evindən oğurluq edən şəxs saxlanılıb

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayonun Nərəcan kənd sakini Tofiq Həsənovu saxlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, araşdırmalar zamanı həmin şəxsin ayrı-ayrı vaxtlarda rayon ərazisində olan evlərə girərək oradan pul, kondisioner, televizor, su qızdırıcısı, elektrik naqilləri, generator, peyk rəqəmsal aparatı və s. müxtəlif növ əşyalar oğurladığı müəyyən edilib.

Bundan başqa o, təkrar özgə əmlakını gizli olaraq talama məqsədi ilə xalasına məxsus evə daxil olaraq oradan, ümumilikdə, 5800 manat dəyərində qızıl-zinət əşyaları və pul oğurlayıb.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti