Xəzər Xəbər

Beyləqanda qəza olub, avtomobil yanıb

Region | 09:49 • 16 May 2022
Beyləqanda qəza olub, avtomobil yanıb

Beyləqanda yol-nəqliyyat hadisəsi baş verib.

Xezerxeber.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, "ГАЗ" markalı yük avtomobili və “Tofaş” markalı minik avtomobili toqquşub.

Nəticədə minik avtomobilinin yanar hissələri yanıb. Yük avtomobili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti