Xəzər Xəbər

FHN-in zabiti Ağdamda mina partlaması nəticəsində xəsarət alıb

Region | 12:32 • 13 May 2022
FHN-in zabiti Ağdamda mina partlaması nəticəsində xəsarət alıb

İşğaldan azad olunan ərazidə mina partlaması nəticəsində daha bir nəfər xəsarət alıb.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Ağdamın Baş Qərvənd kəndi ərazisində baş verib. Məlumata görə, mina partlaması nəticəsində xəsarət alan şəxs Fövqəladə Hallar Nazirliyinin ərazidə minatəmizləmə fəaliyyəti ilə məşğul olan əməkdaşıdır. Kapitan Süleyman Heydərovun qolundan ağır xəsarət alaraq hospitala yerləşdirildiyi bildirilir.

Baş Prokurorluğun mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva APA-nın sorğusuna cavab olaraq bildirib ki, FHN-in kapitanı Süleyman Heydərovun rayonun Baş Qərvənd kəndi ərazisində xidməti fəaliyyəti zamanı minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.

Hazırda Ağdam rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti