Xəzər Xəbər

Füzulidə traktor minaya düşüb

Region | 17:58 • 28 Yanvar 2022
Füzulidə traktor minaya düşüb

Bu gün Füzuli rayonunda traktor minaya düşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, rayonun işğaldan azad edilmiş Üçbulaq kəndində əkin işləri aparılan zaman traktorun mina düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Nəticədə traktora ziyan dəyib və hər hansı bir şəxs xəsarət almayıb.

Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti