Xəzər Xəbər

Salyan sakini 5 aydır itkin düşüb FOTO

Region | 17:16 • 28 Yanvar 2022
Salyan sakini 5 aydır itkin düşüb

Salyan rayon sakini itkin düşüb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, rayonun Kolanı kənd sakini, 38 yaşlı Müslüm Xəlilov 2021-ci ilin sentyabr ayının 3-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Müslüm Xəlilovun əlamətləri belədir: boyu 174 sm., arıq bədən quruluşlu, saçlarının rəngi qaradır.
"Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Salyan Rayon Polis Şöbəsinə məlumat vermələri xahiş olunur".

Xəbər lenti