Xəzər Xəbər

Qaxda avtomobillər toqquşub, ölən var

Region | 14:50 • 20 Yanvar 2022
Qaxda avtomobillər toqquşub, ölən var

Qax rayonunda avtomobillərin toqquşması ölümlə nəticələnib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, rayonun Qum kəndi ərazisində Məhəmməd Xəlilovun idarə etdiyi “Mercedes” və Təbriz Məmmədovun idarə etdiyi “Ford” markalı avtomobillər toqquşub. Nəticədə “Mercedes”də olan sərnişinlər, rayon sakini Dilafət Xəlilova aldığı xəsarətlərdən xəstəxanada ölüb, bacısı İradə Əliyeva isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xəbər lenti