Xəzər Xəbər

Qazax sakini narkotiklə saxlanılıb

Region | 17:20 • 18 Yanvar 2022
Qazax sakini narkotiklə saxlanılıb

Qazaxda narkotik alverçisi saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, Qazax rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, Ceyhun Mirzəyev saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman müxtəlif növ güclü təsiredici narkotik maddə sayılan dərman həbləri aşkar edilərək götürülüb.

Götürülən maddi sübutlar ekspertizaya təqdim edilib. Faktla bağlı RPŞ-də araşdırmalar davam etdirilir

Xəbər lenti