Xəzər Xəbər

Azad edilmiş ərazilərdə minalar ən çox bu sahələrdə basdırılıb

Region | 15:46 • 18 Yanvar 2022
Azad edilmiş ərazilərdə minalar ən çox bu sahələrdə basdırılıb

İşğaldan azad edilən ərazilərdə minaların ən çox basdırıldığı yerlər açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədrinin müavini Samir Poladov Trend-in sualına cavab olaraq deyib ki, sıx minalanmış ərazilər keçmiş təmas xətti boyuncadır.

S.Poladovun sözlərinə görə, keçmiş təmas xəttindən kənarda da minalanmış ərazilərə rast gəlinib:

“Hazırda o ərazilərin təhlili və tədqiqat işləri aparılır. Ümumi bir fikir formalaşması və uzunmüddətli proseslərin həyata keçirilməsi üçün bu önəmli məsələdir. Bu təhlillər tərəfimizdən davam etdirilir”, - deyə o bildirib.

Xəbər lenti