Xəzər Xəbər

Beyləqanda tapança gəzdirən keçmiş məhkum saxlanılıb FOTO

Region | 14:35 • 17 Yanvar 2022
Beyləqanda tapança gəzdirən keçmiş məhkum saxlanılıb

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində üzərində odlu silah saxlamaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum edilmiş Rafiq Kələntərov Beyləqan şəhəri ərazisində saxlanılıb. Onun üzərində axtarış aparılan zaman 1 ədəd “Revolver” tipli tapança aşkar edilərək götürülüb.

Faktla bağlı Beyləqan RPŞ-də araşdırmalar davam etdirilir.

Xəbər lenti