Xəzər Xəbər

Xaçmazda minik avtomobili qarda batıb

Region | 09:26 • 17 Yanvar 2022
Xaçmazda minik avtomobili qarda batıb

Xaçmaz rayonunun Ağyazı Buduq kəndində, içərisində 2 nəfərin olduğu “ВАЗ” markalı minik avtomobilinin qarda bataraq qalması səbəbi ilə Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub.

FHN-in mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, müraciətlə əlaqədar FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. Görülən tədbirlər nəticəsində vətəndaşlar təhlükəsiz əraziyə çıxarılıb.

Xəbər lenti