Xəzər Xəbər

DİN: Şamaxıda baxımsız vəziyyətdə yaşayan azyaşlılar şəraitli ünvanda yerləşdiriləcək

Region | 14:11 • 16 Yanvar 2022
DİN: Şamaxıda baxımsız vəziyyətdə yaşayan azyaşlılar şəraitli ünvanda yerləşdiriləcək

Şamaxının İkinci Çaylı kəndində baxımsız vəziyyətdə yaşayan azyaşlılarla bağlı məsələ nəzarətə götürülüb.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, yayılan videogörüntülərlə əlaqədar Şamaxı Rayon İcra Hakimiyyəti, Polis Şöbəsi, eləcə də digər aidiyyəti qurumların əməkdaşları hazırda Şamaxı rayonu İkinci Çaylı kəndində uşaqların baxımsız vəziyyətdə yaşadıqları həmin ünvandadırlar.

Qeyd edilib ki, ilkin olaraq orada yaşayan beş azyaşlı rayon ərazisində başqa bir şəraitli ünvanda yerləşdiriləcək və daha sonra onlarla bağlı müvafiq qərar qəbul ediləcək.

Xəbər lenti