Xəzər Xəbər

Narkotikin təsiri altında olan sürücü saxlanılıb FOTO

Region | 17:49 • 14 Yanvar 2022
Narkotikin təsiri altında olan sürücü saxlanılıb

Quba Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan xezerxeber.az-a verilən məlumata görə, rayon sakini Fərhad Hacıyevin idarə etdiyi “VAZ-21015” markalı avtomobil rayon ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb. F.Hacıyev RPŞ-ə gətirilərək həkim müayinəsindən keçirilib və narkotik vasitənin təsiri altında olması müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti