Xəzər Xəbər

Astarada 52 yaşlı kişi özünü güllələyib

Hadisə zamanı o, evdə tək olub
Region | 14:56 • 10 Dekabr 2021
Astarada 52 yaşlı kişi özünü güllələyib

Astara sakini intihar edib.

Hadisə rayonun Siyəku kəndində qeydə alınıb.

Belə ki, 1969-cu il təvəllüdlü İlham Allahverən oğlu Teymurov yaşadığı evin zirzəmisində ov tüfəngindən atəş açaraq intihar edib.

Hadisə zamanı o, evdə tək olub.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, İ.Teymurov 5 uşaq atasıdır. (Report)

Xəbər lenti

Çox oxunanlar