Xəzər Xəbər

Gəncədə oğurluq edən və pirotexniki vasitə satan şəxslər tutulub

Region | 16:55 • 9 Dekabr 2021
Gəncədə oğurluq edən və pirotexniki vasitə satan şəxslər tutulub

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan verilən xəbərə görə, şəhər sakini, əvvəllər məhkum olunmuş Taleh Əliyev qeyri-qanuni yolla daxil olduğu mağazadan ümumi dəyəri 1210 manat olan müxtəlif elektronika əşyaları oğurlayıb. Şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.

Baş İdarənin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri digər müvafiq tədbirlər nəticəsində isə, şəhər ərazisində qanunsuz olaraq şəhər ərazisindəki köşklərdən birində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən şəhər sakini, Orxan Tağıyev saxlanılıb.
Həmin şəxsin fəaliyyət göstərdiyi mağazaya baxış keçirilən zamanı pirotexniki vasitələr aşkar olunaraq götürülüb.

Xəbər lenti

Çox oxunanlar